Şirkətlər rəqabət və bazar dəyişikliklərinə cəld reaksiya göstərmək üçün elastik
olmalıdırlar. Onlar ən yaxşı praktikaya malik olmaq üçün daim bençmarking
(rəqibin məhsul və xidmətləri ilə müqayisə və rəqabət strategiyası seçmək üçün
müqayəsəli təhlil) aparmalı, səmərləliliyə nail olmaq üçün ciddi ölçüdə autsorsinqə
müraciət etməli, həmçinin rəqabətdə irəli çıxmaq üçün bir neçə əsas qabiliyyət
inkişaf etdirməlidirlər.
Bir vaxtlar strategiyanın döyünən ürəyi hesab olunan mövqüləndirmə günümüzün dinamik bazarları və dəyişən texnalogiyaları üçün çox statistik hesab olunur və qəbul edilmir.
Problemin kökü əməliyyat effektivliyi ilə strategiyanı düzgün fərqləndirə bilməməkdir. Əməliyyat effektivliyi strategiya deyil. Məhsuldarlıq, keyfiyyət və sürət axtarışları ümumi keyfiyyət menecmenti, bençmarking, zamana bağlı rəqabət və digər bir çox menecment alətləri və texnikalarının yaranmasına səbəb olub.
Əməliyyat təkminləşdirmələrinin nəticəsi böyük olmasa da, əksər şirkətlər bu nəticələri dayanıqlı mənfəətə çevirə bilmədikləri üçün ümidsizliyə qapılır. Menecment alətləri diqqət çəkmədən qarış-qarış strategiyanın yerini alır. Menecerlər isə bütün cəbhələrdə irəlləyişə nail olmaq istəyəndə mövcud rəqabət mövqelərində daha da uzaqlaşırlar.
Əməliyyat effektivliyi və strategiya hər bir qurumun başlıca məqsədi olan üstün performansa nail olmaq üçün zəruridir. Amman onlar bir-birindən fərqli
funksiyaları yerinə yetirirlər. Şirkət(qurum) yalnız davam etdirə biləcəyi bir fərq yaratmağı bacarırsa, rəqiblərini ötə bilər. O ya müştərilərinə rəqiblərindən daha böyük dəyər çatdırmalı, ya aşağı qiymətə dəyər yaratmalı, ya da hər ikisini birdən etməlidir.
Şirkətlərdə fəaliyyətlər (məhsul, xidmət və onu yaratmaq, istehsal, satmaq və s.) rəqabətcil üstünlüyün əsas vahidləridir. Əməliyyat efektivliyi isə bu fəaliyyətləri rəqiblərdən daha yaxşı yerinə yetirmək deməkdir. Onlar bundan böyük üstünlük qazana bilərlər. Şirkətlər özlərini bir-biri ilə nə qədər çox müqayisə etsələr, bir o qədər rəqabətcil yaxınlaşma əldə edərlər və getdikcə bənzər olarlar. Strateji mövqeləndirmə isə şirkətin fərqliliyini qorumaqla, dayanıqlı rəqabətcil üstünlük əldə etməkdir. Bu, rəqiblərdən fərqli fəaliyyətləri həyata keçirməklə, və
ya xud oxşar fəaliyyətləri rəqiblərdən fərqli şəkildə yerinə yetirməklə bağlıdır.