22 C
Baku
Monday, October 7, 2024

Keçmiş nazir prezidentin Mərkəzi Banka son tapşırığını şərh etdi

Saleh Məmmədov Azərbaycanda kreditlərin real faiz dərəcələrinin çox yüksək olduğu qənaətində

Keçmiş maliyyə naziri, iqtisadçı alim Saleh Məmmədov bir neçə gün öncə prezident İlham Əliyevin ölkədəki acınacaqlı bank faizlərinin aşağı salınmasını təmin etmək üçün Mərkəzi Banka verdiyi tapşırığın önəmini  yazıda faktlarla ortaya qoyub:

“Yaxın vaxtlarda prezident yenidən kredit faizlərinin aşağı salınması zəruriyyətinə toxunmuşdu.

Nə üçün prezident faizlərin aşağı salınmasını istəyir?

1. Bank faizləri hər bir ölkənin iqtisadi inkişafının əsası sayılır və bütün makro və mikro iqtisadi göstəricilərə təsir edir: iqtisadi artımın səviyyəsi, qiymətlər, inflyasiya, məşğulluq, əhalinin gəlirləri, biznes fəaliyyəti və s. bütün bu göstəricilər faizlərdən çox asılıdı. Qısa desək, faizlərin hər punkt aşağı salınması bəlli miqdarda ümumi məhsulun artımı deməkdir. Təsadüfi deyil ki, dünyanı ən böyük iqtisadi böhrandan (30-cu illər) çıxaran dünya şöhrətli iqtisadçı alim əsas əsərini bu problemə həsr etmişdir (C. Keyns “Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi”)

2. İnkişaf etmiş ölkələrdə biznesin təqribən 70%-i kreditlər hesabına maliyyələşdirilir. Azərbaycanda bu rəqəm çox aşagıdır. Demək, kredit məbləğinin artırılması bilavasitə iqtisadi artımın bir o qədər artırılması deməkdir.

3. Azərbaycanda kredit faizləri çox yüksəkdi, xüsusilə real faiz dərcəsi. Real faiz nominal faizlə inflyasiya faizinin fərqindən ibarətdi. Əgər qərb ölkələrində nominal faizlər 3-5%-sə, inflyasiya 2-3% təşkil edirsə, deməli real faizlər 2-3%-i qalxmır. Azərbaycanda inflyasiya 2,3%-sə, nominal faizlər bəzi hallarda 20-25%-ə qalxır, deməli, real faizlər 20%-dən yuxarılara qalxır ki, bu da iqtisadi inkişafa böyük tormoza çevrilir, nə dinimizə, nə də iqtisadi strategiyamıza uyğundur.

4. İstehsalın orta illik rentabelliyi təqribən 20%-di, kredit faizi də bu qədərsə, deməli, bu iş adamı üçün kredit almaq mükün deyil.

Bu amilləri aradan qaldırmaq və ölkənin iqtisadi artımının yüksəldilməsi üçün prezident görür və hiss edir ki, bu problem aradan qaldırlmadan, böyük iqtisadi planları yerinə yetirmək və iqtisadiyyatı sürətlə inkişaf etdirmək mümkün deyil.

– Bəs nə üçün bank sitemi və xüsusilə də mərkəzi bank bu tapşırğı yerinə yetirə bilmirlər. Azərbaycan şəraitində prezidentin göstərişinə məhəl qoymamaq variantı istisna olunur.

Demək, həlli çox mürəkkəb olan obyektiv səbəblər var. Nədi bu səbəblər:

1. Azərbaycanda az-çox bazar münasibətləri formalaşib və bazar iqtisadiyyatı şəraitində hər bir əmtəənin qiyməti hər şeydən əvvəl, tələb və təklif əsasında formalaşır. Bizim təhlildə əmtəə kimi kredit, onun qiyməti kimi faiz çıxış edir. Bazara çıxarılan kredit ehtiyyatları iqtisadiyyatın inkişaf miqyasına cavab vermir, tələbatdan çox-çox aşağıdı. Qərb ölkələrində kredit ehtiyyatlarının həcmi ümumi daxili məhsulun həcmi qədər və ya bir az ondan çoxdu. Əgər bizdə bu səviyyəni ala bilsək, kredit təklifinin həcmi 75 mlrd dollara yaxın olardı (indi 22 mlrd dollar, bu rəqəm 2005-ci ildə cəmi 1.8 mlrd manat olmuş, yani induyə qədər 12 dəfə artmışdı): təsəvvür edin, bazara abstrakt olaraq bu qədər kredit ehtiyyatı çıxarsaq, onun qiyməti, yəni, faizlər 3-5%-dən yuxarı qalxa bilərdimi və bu nə qədər iqtisadi artım verə bilərdi?

2. Bankların həm beynəlxalq və həm də daxili bazardan resursları cəlb etmə imkanlarından tam istifadə olunmur, baxmayrq ki, bu istiqamətdə xeyli işlər görülmüş, amma …. Əmanət sistemi və onun sığortalanması prosesi xeyli təkmilləşdirlməlidir.

3. Banklara etibar – Sovet dövründən miras kimi zəif olaraq qalmaqdadı. 21 əsrdə bu istiqamətdə Azərbaycan dünyada ilk olaraq və ən mükəmməl sistem qurmaq üçün hər cür imkana sahibdi. Banklara etibarın zəif olması milyardlarla vəsaitin ictimai dövriyyədən yayındırılmasına gətirib çıxarır. Sandıqlarda və ya ölkə xaricində saxlanılan pul zərərdən başqa heç nə vermir.

4. Son zamanlar çox ciddi tədbirlər görülməsinə baxmayaraq, pul hesablaşmalarının əhəmiyyətli hissəsi nəqdi formada həyata keçirilir, deməli, ictimai dövriyyədən kənarlaşdırılır, kredit resurslarının mənbəyi kimi çıxış edə bilmir. Qeyri-nəqdi formada həyata keçirilən hər pul hesablaşması potensial olaraq kredit ehtiyyatlarının mənbəyidir (az və ya çox müddətə).

Aceba, bu səbəbləri aradan qaldırmaq və kredit faizlərini aşağı salmaq olarmı. Əlbəttə bu mümkündü, ən əsası odur ki, bu məqsəd üçün siyasi iradə var, prezident bunu düzgün məqsədə çatmaq vasitəsi olaraq, qarşıya qoymuşdur.

Bizim fikrimizcə, bunun ən optimal yolları aşağıdakılardı:

1. Kredit resurslarının həcminin, yəni, kredit təklifinin artırılması. Yaxın gələcəkdə, kredit ehtiyyatlarının həcminin ümumi daxili məhsulun həcminə qədər artırılması strateji məqsəd olaraq qarşıya qoyulsa, iqtisadiyyatın inkişafına çox ciddi təsir edə bilərdi. Bu məqsədlə:

– hökümət:

– valyuta rezervlərinin bir hissəsinin, daha doğrusu, daha böyük hissəsinin Azərbaycan banklarında (kapital bank, beynəlxalq bank, azər-türk bank, qaranti bankı və s. kimi iri banklarda) hökümət əmanətləri olaraq yerləşdirilməsi (Beynəlxalq normativlərə uyğun olarq Azərbaycan üçün 5-6 milyard dollarlıq valyuta rezervləri tam kifayət edir).

– büdcənin profisiti və bütün dövlət strukturlarının, o cümlədən, pensiya və sığorta fondlarının sərbəst vəsaitlərinin banklarda hökümət əmanəti olaraq yerləşdirmək;

– dövlətlə ortaqlıqda işləyən xarici şirkətlərlə danışıqlara başlamaq və onların sərbəst vəsaitlərini dövlət qarantiyası əsasında, əmanət olaraq, Azərbaycan banklarında yerləşdirmək;

– maliyyə vasitəçilərinin şəbəkısini genişləndirmək (maliyyə şirkətləri, investisiya fondları, özəl pensiya fondları və s.) və bunların vasitəsilə əhalinin və şirkətlərin sərbəst vəsaitlərinin daha çox cəlb olunmasının təşkili;
mərkəzi bank:

– ABŞ, Avropa, Çin və Ərəb maliyyə bazarlarından Azərbaycan kredit bazarına vəsait cəlb olunması üçün tədbirlər sistemi həyata keçirmək. Dünya bazarında 20 trilyon sərbəst vəsait var və risksiz qoyuluş yeri gözləyir. Azərbaycanın bu vəsaitlərdən böyük miqdarda cəlb etmək üçün hər cür imkanları var.

– banklararası kredit bazarını formalaşdırmaq, libor, tibor kimi, sərbəst bibor (Baku interbank offered rate) formalaşdirmaq, öz daxili ehtiyyatlarını səfərbər etmək;

– sabit və nizam inkişafa malik qardaş ölkələrlə, məslən, Türkiyə, Qazagıstan iimi ölkələrlə valyuta ehtiyyatlarının qarşılıqlı mübadiləsini həyata keçirmək (bərabər həcmdə və eyni valyuta ilə rezervlərin qarşılıqlı olaraq banklarda saxlanılması);

2. Kredit ehtiyyatlarının toplanması və istifadəsi sisteminin islahatlarının aparılması:
Hökümət:

– hökümət əmanətlərinin istifadəsinə məhdudiyyətlər qoymaq və onların istifadəsinə büdcə vəsaitləri kimi nəzarət sistemini qurmaq: hökümət əmanətləri olaraq qoyulan vəsaitlər yalnız investisiya məqsədlərinə istifadə oluna bilər, onların əmanət faizi uçot dərəcəsindən yüksək ola bilməz, kredit faizi isə əmanət faizi+2%-dən artıq ola bilməz;

– hökümət əmanətləri və onların istifadəsi qaydalarını müəyyən etmək, nəzarət sistemi haqqında təlimatları təsdiq etmək, istifadə layihələrini hazırlamaq və s.

– investisiya və kapital qoyuluşları proqramlarının, kiçik biznesin inkişafı proqramlarının hazırlanması və uzun müddətli kredit obbyektlərinin formalaşması. Əksəriyyət inkişaf etmiş ölkələrdə uzunmüddətli investisiya kreditlərinin mənbəyi hökümət əmanətləridi, bizdə də müstəsnalıq təqdirəlayiq deyil;

Mərkəzi bank:

– uçot dərəcəsinin aşağı salınması, bu vəsaitlər üçün real faizin aşağı salınması, banklararsı kredit bazarının formalaşması, rezerv normalarının aşağı salınması, qiymətli kağızlar bazarına müdaxilənin gücləndirilməsi;

– əmanətlərin təsnifatı sisteminin qurulması, yeni əmanət növlərinin yaradılması (hökümət əmanəti, pensiya əmanəti, investisiya əmanəti, paylarda iştirak əmanəti və s.);

– əmanətlərin sığörta sisreminin yenidən qurulması, əmanətlərin sığorta fonduna üzv olan banklarda əmanətlərin sığortalanması həcminə məhduduyyətlərin aradan qaldırılması;

– nəqdsiz hesablaşmaların inkişafı üzrə yeni və çoxşaxəli proqramın hazırlanması və nəqdi və nəqdsiz hesablaşmalar arasında olan nisbətin inkişaf etmiş ölkələr səviyyəsinə qaldırılması (Qərb ölkələrində bu nisbət 1:99-a bərabərdi).

– hökümətlə birlıkdə iri bankların filial və şöbələrinin yaradılması yolu ilə bütün beynəlxalq maliyyə bazarlarına müdaxilə edərək böyük miqdarda kredit resursları cəlb etmək və onları ölkənin iqtisadi inkişafına yönəltmək üzrə kompleks tədbirlər həyata keçirmək.

Bütün sahələr üzrə Azərbaycanda qiymətlər beynəlxalq bazar qiymətləri ilə təxminən bərabərləşmişdi, amma maliyyə bazarında pulun “satış qiymətləri” arasındakı fərq çox böyük olaraq qalmadadır. Qərbdə pulun “qiyməti”- faizi 3-5 faizdirsə, Azərbaycanda 4-5 dəfə çoxdu. Sadə dildə desək bu qiymətlərin bərabərləşdirlməsi üçün “mal axınını”-pul axınını gücləndirmək lazımdır ki, bunu da əsasən xarici maliyyə mərkəzlərində (Nyu-York, London, Tokio, Pekin, Paris, Sürix, İstanbul, Moskva, Dubay və s.) iri Azərbaycan banklarının filial və şöbələrinin yaradılması yolu ilə etmək olar.”

Moderator.az

Son xəbərlər
Digər xəbərlər