-3 C
Baku
Sunday, December 15, 2024

“Clubhouse” $4 mlrd. qiymətləndirmə ilə investisiya cəlb etməyi planlaşdırır

“Clubhouse” sosial şəbəkəsi təxminən 4 milyard dollar qiymətləndirmə ilə investisiya cəlb etməyi planlaşdırır.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki bu barədə “Bloomberg” agentliyi məlumat verib.

Şəbəkənin maliyyə raundunda kimlərin iştirak edəcəyi hələ məlum deyil. Mənbələr raundun şərtlərinin hələ də dəyişə biləcəyini söyləyir.

Qeyd edək ki, “Clubhouse” 2020-ci ilin aprelində Pol Devison və Rohan Set tərəfindən istifadəyə verilib. Xidmət dəvət sistemi ilə işləyir və bu günə qədər yalnız iOS cihazları üçün əlçatan olub. Yanvar ayının sonunda investorlar onu 1 milyard dollar dəyərində qiymətləndirib.

Bir ildən az müddətdə “Clubhouse” 12.7 milyon dəfə yüklənib. Şəbəkənin populyarlığının pik nöqtəsi 2021-ci ilin fevral ayına düşüb.

Son xəbərlər
Digər xəbərlər