20 C
Baku
Friday, October 11, 2024

“AtaBank” nizamnamə kapitalını 50 milyon manata çatdırdı

AtaBank nizamnamə kapitalını 50 milyon manata çatdırdı

Bankdan Banker.az saytına daxil olan məlumata əsasən, Bakı Fond Birjasında “AtaBank” ASC-nin adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi prosesi başa çatıb.

Bankdan verilən məlumata görə hər birinin nominal dəyəri 20 manat olan 2500000 ədəd səhmin yerləşdirilməsi hesabına bankın nizamnamə kapitalı 50 mln. manata çatdırılıb.

Emissiyanın anderrayteri qismində “Brokdil-Az” MMC çıxış edib.

Sonuncu emissiyaya qədər “AtaBank” ASC -nin nizamnamə kapitalı 25 mln. manat idi.

Bankın səhmdarları qismində Azərbaycanın “AtaHolding” ASC şirkəti (76%) və fiziki şəxslər (24%) çıxış edir.

Son xəbərlər
Digər xəbərlər