“Zeytun Pharmaceuticals”, “Buta Farm” və “Vita Aptekləri” MMC-yə cərimə yazılıb.
Səhiyyə Nazirliyi hər üç aptekə İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərib edib.
Protokollara Xəzər Rayon Məhkəməsində baxılacaq.
Bu inzibati xətaya görə, vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.