10 C
Baku
Wednesday, December 11, 2024

Ağdam rayonunun 10 məktəbi koronavirusa görə bağlanıb

Ağdam rayonu üzrə 10 təhsil ocağının fəaliyyəti müvəqqəti dayandırılıb.

Tam orta məktəblərin fəaliyyətinin dayandırılmağına səbəb həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin pozitiv çıxmağıdır.

Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov APA-ya açıqlamasında bildirib ki, rayon ərazisində fəaliyyət göstərən 7 təhsil ocağının – Əfətli, Birinci Yüzbaşılı, Alıbəyli, Mahrızlı, Dörd yol-2, Baharlı-2 və 150 saylı məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova isə APA-ya bildirib ki, ümumilikdə bağlanan 10 məktəbdən 7-si rayon ərazisində yerləşir, 3 məktəb isə Bərdə rayonu ərazisində fəaliyyət göstərən 3, 95 və 100 saylı məcburi köçkün məktəbləridir.

Bundan başqa Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəb 1 və 97 saylı məktəbdə isə 1 sinfin fəaliyyəti dayandırılıb, məktəbin direktorunun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər