Belarusun Qomel əyalətində Qurianovo adı verilən yeni neft yatağı kəşf edilib.
Pripiat çökəkliyinin orta hissəsində yerləşən yatağın ehtiyatları ilkin olaraq 600 min ton həcmində dəyərləndirilib.
“Belarusneft” dövlət şirkətindən bildiriblər ki, 2021-2022-ci ildə həmin bölgədə 13 kəşfiyyat quyusu qazmaq nəzərdə tutulur. Yeni aşkarlanan yataqda gündəlik 20-30 ton debitli fontan axın gözlənilir.
Qeyd edək ki, Pripiat çökəkliyinin orta bölgəsində son beş il ərzində 8 neft yatağı kəşf edilib.