10 C
Baku
Wednesday, December 11, 2024

Bu il Azərbaycan Avropaya təzə xurma ixrac edəcək

Azərbaycan 2021-ci ilin sentyabrında Avropa ölkələrinə təzə xurma ixrac edəcək.

Bunu Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Qədir Yusifov deyib.

O bildirib ki, Azərbaycan ilin əvvəlindən 37 tondan çox xurma ixrac edib. İl ərzində ixrac təxminən 2 dəfə artıb:

“Qeyd olunan dövrdə xurma ixracı 30 milyon dolları ötüb. 2021-ci ilin məhsulu sentyabr ayında Rusiyaya və Avropa ölkələrinə tədarük olunacaq”.

Onun sözlərinə görə, sentyabrda fermerlər bütün aqrotexniki tədbirləri başa çatdıracaq:

“Təzə xurmanın bir kiloqramının ixrac qiyməti ötən il orta hesabla 1,5 dollar, quru və dondurulmuş xurmanın qiyməti 10 dollar təşkil edib. Daxili bazarda təzə xurmanın bir kiloqramının qiyməti 2,5-3 manat təşkil edib”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər