“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə onun vəkili İlhamə Həsənova məlumat verib.
Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qurbanovun sədrlik etdiyi iclasda qərar elan olunub.
Qərara əsasən, İ.İsmayılovun şikayəti təmin edilməyib.
Qeyd edək ki, İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.