20 C
Baku
Friday, October 11, 2024

Vahid Əhmədov: “Əhali banklardan əmanətləri kütləvi çəkmir”

Mətbuatda əhalinin kütləvi şəkildə banklardakı əmanətlərini geri çəkməsinə dair xəbərlər yer alır. Səbəb olaraq isə banklardakı vəziyyətin pisləşməsi və əhalinin banklara inamının itməsi əsas gətirilir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında bildirib ki, yayılan informasiyalar əsassızdır:

“Əhalinin banklardakı əmanətlərini geri çəkməsi yalnış informasiyadır. Bunu mən özümdən demirəm. Məlumatı eşidən kimi dərhal Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyevlə əlaqə saxladım. O, dedi ki, yazılan informasiyalar tamamilə əsassızdır, həqiqətə uyğun deyil, vətəndaşlar banklardakı əmanətlərini geri çəkmir”.

Vahid Əhmədovun sözlərinə görə, 2013-cü ildə vətəndaşların banklardakı əmanətləri təxminən 6,3 milyard, ötən il isə 15 faiz artaraq 7 milyard manata çatıb.

Əmanətlərini geri alan insanlar isə 4,5 faiz təşkil edir”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər