9 C
Baku
Thursday, December 12, 2024

FED açıqlaması ardından neft bahalaşır

ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauellin ölkənin iqtisadi inkişafı ilə bağlı COVID-19-a rəğmən yüksək duruşla artım dinamikasının olması açıqlamasının ardından birjalarda neftin qiyməti həftənin ilk iş gününə bahalaşma ilə start verir.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:21 radələrində Londonun ICE qitələrarası fond birjasında iyun fyuçerslərində Brentin bir barreli 0.07dollar, yaxud 0.11% artımla 63.02 dollar təşkil edib.

WTI neftinin bir barreli may fyuçerslərində isə 0.06 dollar, yaxud 0.10% bahalaşmaqla 59.38 dollar olub. Halbuki, fyuçerlərdə bu neftin bir markası sonuncu dəfə 3.5% qiymət itkisi ilə üzləşmişdi.

Cerom Pauellin CBC kanalına verdiyi müsahibəsində virusun hazırda yeni yayılma riskini qalmasını vurğulamaqla bunun iqtisadi inkişaf üçün “təhlükə” kimi də görür.

Neft 2021-ci ildə virus əleyhinə vaksinlərin kütləvi şəkildə aparılması ilə iqtisadi bərpanın yüksəlməsi ilə yanacağa yaranacaq yüksək tələb ehtimalları ilə qiymət qazanıb. Həmçinin, OPEC+ ölkələrinin israrlı olaraq neftin hasilatı ilə bağlı kvota tətbiq etdiyindən, treyderləri bu bazarla bağlı pozitiv düşünməyə (çünki, hazırda yüksək tələb yaranacağı təqdirdə təchizat çatdırmaya bilər) əsas verib.

Son xəbərlər
Digər xəbərlər