“Unibank KB” ASC-nin Proqramlaşdırma və İnkişaf departamentinə direktor müavin təyin edilib.
Banker.az-ın xəbərinə görə, bu, Zəfər Həsənovdur.
Z.Həsənov 2016-cı ilin avqustundan 2021-ci ilin aprelinə qədər “Kapital Bank” ASC-də Avtomatlaşdırılmış bankçılıq sektorunun müdiri kimi fəaliyyət göstərib. Daha əvvəl isə “Bank of Baku” ASC və “Unibank KB” ASC-də müvafiq vəzifələrdə çalışıb.