Kürdəmir Regional Mədəniyyət İdarəsində yeni kadr təyinatı olub.
Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Xocavənd rayonu üzrə nümayəndə vəzifəsi Ramil Bayram oğlu Əhmədova həvalə edilib.
Ramil Əhmədov 1994-cü ildə Bərdə şəhərində anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya ixtisası üzrə bakalavr, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk Dili və Ədəbiyyatı ixtisası üzrə magistr pilləsini bitirib.
2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinə, 2014-cü ildə Gənclər Şurasına üzv qəbul edilib. 2013-cü ildə Prezident Təqaüdünə, 2015-ci ildə Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”na layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il Sərəncamıyla Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə “Zaman Tuneli” kitabı nəşr olunub. Həmin kitab 2020-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində Türkiyədə nəşr olunub. 2018-ci ildə ədəbi analtik esselərdən ibarət “İki şəhərin yazıları” adlı kitabı işıq üzü görüb.