2018-2020-ci illərdə Azərbaycanda əməkhaqqı fondu 81% artıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı 3 illik hesabata istinadən xəbər verir.
Sənədə əsasən, artım dövlət sektorunda 76%, özəl sektorda isə 87% olub.
Hesabat dövründə ölkədə minimum əməkhaqqı 116% artaraq 250 manata, median əməkhaqqı isə 66% artaraq 343 manata çatıb.