Bu ilin yanvar-mart aylarında Naxçıvan MR xarici ölkələrlə 79 milyon 734 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Banker.az-ın Naxçıvan Statistika İdarəsinin məlumatına istinadən xəbərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 12.3 % çoxdur.
İlk üç ayda ötən ilin eyni dövrü ilə müqayisədə muxtar respublikanın ixracının dəyəri 0.6 % artaraq 53 milyon 852 min ABŞ dolları, idxalının dəyəri isə 48.2 % artaraq 25 milyon 882 min ABŞ dolları olub.
Ötən üç ay ərzində xarici ticarətdə 27 milyon 970 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 22.4 % azdır.