Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə Şuşaya atılan “İsgəndər-M” raketləri ilə bağlı müzakirə apardığını söyləyib.
Məsələyə Kremldən də reaksiya gəlib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı aparılan müzakirələri təsdiqləyib.
“Qarabağda raket qalıqlarının tapılması mövzusunda Azərbaycan və Rusiya hərbi qurumları sıx dialoq şəraitindədir”-deyə Peskov söyləyib.