“Neqsol Holding”in törəmə şirkəti olan “Norm” ASC rəsmi ünvanını dəyişdirib.
Banker.az bu barədə əldə etdiyi məlumatda deyilir.
Bu günə qədər Bakı şəhəri Səbail rayonu, Qüllə, ev 20 ünvanında hüquqi olaraq dövlət qeydiyyatına alınsa da, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan Şossesi, ev 7-ci km1 ünvanında rəsmi qeydiyyata alınıb.
Xatırladaq ki, “Norm” ASC sement istehsalı ilə məşğuldur və 161.96 milyon manat nizamnamə kapitalına sahibdir. Şirkətin hazırda zavodu da Qaradağ rayonunda yerləşir.