20 C
Baku
Friday, October 11, 2024

Benzinə necə qənaət edə bilərsiniz?

Əgər avtomobil istifadəçisinizsə sözsüz ki, gün ərzində benzinə xərclədiyiniz məbləğdən xəbərdarsınız. Bu məbləğ təbii ki, büdcənizə ancaq zərər yetirir.

Benzinin qiymətinin qalxdığı bu günlərdə benzinə necə qənaət edə bilərsiniz?

Qısa məsafələr üçün avtomobildən istifadə etməməyə çalışın:

Uzun məsafəli işinizə gedərkən avtomobilinizdən istifadə etməyiniz normal bir haldır. Lakin evin yaxınlığında yerləşən mağaza və yaxud hər hansı bu növ də olan bir yerə gedərkən avtomobilinizdən uzaq durmağa çalışın.

Ças pik – əsas düşmənlərinizdən biridir!

Səhərlər işə gedərkən və yaxud vacib görüşə tələsərkən tıxaca düşməmək üçün uzun-uzadı yollar axtarırsınız? Bunun əvəzində isə tıxaclardan xəbər verən radio və naviqatorlardan istifadə etməyə çalışın.

Avtomobilinizi artıq yüklərdən xilas edin:

Xüsusi bir qrup avtomobil istifadəçisi də vardır ki, avtomobilinin üzərində əlavə, lazımsız yüklər daşıyır. Tənbəllikdən imtina edin və avtomobilinizin üzərinə və yük yerinə nəzər yetirməyi ləngitməyin.

Yaddaşınızı gücləndirin:

Pəncərələrin bağlanması və kondisionerin söndürülməsi ilə bağlı qaydanı xatırlayırsınızmı?

Son xəbərlər
Digər xəbərlər