-1 C
Baku
Sunday, December 15, 2024

“Mastercard” Rusiya bankları ilə brelokla ödəniş buraxıb

“Mastercard”, Rusiyanın təmassız ödəmə cihazlarının istehsalçısı “ISBC” və Avropadakı tokenləşmə xidmətlərinin istehsalçısı “Fidesmo” təmassız ödəniş funksiyalı brelok işə salıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Layihədə iştirak edən banklar tərəfindən buraxılan “Mastercard” sahibləri onları breloka bağlaya və ödəniş zamanı istifadə edə biləcəklər.

Bazarda olan digər ödəniş breloklarından fərqli olaraq, “ISBC Pay” müştərinin layihədə iştirak edən hər hansı bir bankı “Mastercard”ını cihaza bağlaya, sökə və başqa bir bankın kartına bağlaya biləcəyini nəzərdə tutur.

Qeyd edək ki, Rusiyanın “ISBC” şirkətlər qrupu RFID-texnologiyaları, təhlükəsiz giriş sistemləri və ağıllı kartlar üzrə ixtisaslaşır. Qrup RFID etiketli brelokları 2015-ci ildə satmağa başlayıb. Başlarda breloka ofisə keçid funksiyası, nəqliyyat və bonus kartları kimi texnologiyaları yazmaq mümkün olub. 2018-ci ildə “ISBC” breloku “Mastercard” və “Visa” ilə ödəniş vasitəsi kimi qeydiyyatdan keçirtdi və onları Avstriyada da satmağa başladı.

2015-ci ildən bu yana “ISBC” 7 milyondan çox daşına bilən RFID-cihaz buraxıb. “Strategy Analytics”in verdiyi məlumata görə, 2020-ci ildə daşına bilən cihazların sayı dünyada 37% artaraq 527 milyon ədədə çatıb.

Birinci mərhələdə layihəyə səkkiz bank qatılıb: “Qazprombank”, “Poçta Bank”, “MKB”, “Rosselxozbank”, “Okrıtiye”, “Alfa-Bank”, “Tatsotsbank” və “Promsvyazbank”.

“ISBC” və layihədə iştirak edən bankların nümayəndələri brelokun əsas üstünlükləri arasında onun internetə giriş və şarj tələb etmədiyini, özündə sahibinin məlumatlarını göstərmədiyini vurğulayırlar.

“Bank kartını evdə unutmaq olar, telefonun şarjı bitə bilər – belə hallarda ödəniş funksiyalı brelok sizi xilas edəcək. İstəsəniz, bir neçə brelok ala və onlardan birini övladınıza verə bilərsiniz. Qorxulu heç nə baş verməyəcək – onun üzərində ödəniş rekvizitləri yoxdur”, – deyə layihənin müəllifləri qeyd edirlər.

Bildirildiyi kimi, ödəniş brelokları suya, o cümlədən yüksək və aşağı temperatura qarşı davamlıdır. Proqnoza görə, “Mastercard” istifadəçilərinin təxminən 10 faizi breloklardan istifadə edəcək.

Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə, 2020-ci ildə nağdsız ödənişlərin ticarətdəki payı 70.3% təşkil edib. 2020-ci ildə Rusiya əhalisi ümumilikdə 209.5 milyon plastik kart istifadə edib. Bu bazarda ən böyük pay “Sberbank”a məxsus olub – o, 138 milyon bank kartı buraxıb.

Son xəbərlər
Digər xəbərlər