10 C
Baku
Wednesday, December 11, 2024

Dollar əsas rəqiblərinə qarşı ucuzlaşır

13 apreldə Amerika Birləşmiş Ştatlarının açıqlanan inflyasiya ilə bağlı göstəricinin proqnozlaşdırıldığından çox artması ardından dollar əsas valyutalar qarşısında dəyər itirməsinə səbəb oldu.

Banker.az xəbər verir ki, ABŞ dolları 6 əsas valyuta qarşı indeksi 0.12% azalmaqla 91.735 bənd təşkil edib. Bu da martın 22-dən bu tərəfə (92.730) ən aşağı göstəricidir.

“Forex” göstəricilərində ABŞ dollarına qarşı yalnız Kanada dolları zəifləyib.

EUR/USD cütlüyünün məzənnəsi 0.13% artımla 1.1962 səviyyəsinə, GBP/USD məzənnəsi 0.33%  artımla 1.3794 səviyyəsinə, USD/JPY məzənnəsi 0.05% artımla 109.00 səviyyəsinə, USD/CHF məzənnəsi 0.05% azalma ilə 0.9203 səviyyəsinə, AUD/USD məzənnəsi 0.52% artımla 0.7678 səviyyəsinə, USD/CAD məzənnəsi 0.22% artımla 1.2558 səviyyəsinə yüksəlib.

Martda ABŞ-ın istehlak qiymətləri indeksi aylıq müqayisədə 0.3% yüksəlməklə proqnozu üstələyib. Mart ayı üçün ABŞ-da inflyasiya göstəriciləri 0.2% proqnoz edilirdi. Son 6 ay ərzində isə istehlak qiymətləri indeksi 0.6% artım edib, bu da 2012-ci ilin avqustundan bu tərəfə ən yüksək göstəricidir.

Lakin bu yüksəliş bir çox investorları təəccübləndirməyib.

“İnflyasiyanın aprel-iyun (ikinci) rüblüyü üçün sürətlənməsi gözlənilirdi. Son göstərici gözləniləndən bir qədər çox olsa da, gözlənilməz də deyildi” – deyə, “Mizuho Securities”in baş valyuta inzibatçısı Masafumi Yamamoto “Reuters”-ə açıqlamasında deyir.

ABŞ Federal Ehtiyatları Sistemi müvəqqəti artımlara baxacağını deyib. İnvestorlar FED-in faiz dərəcələrini artırana qədər inflyasiya göstəricilərini artımına icazə veriləcəyini güman edirlər.

 

Son xəbərlər
Digər xəbərlər