Amerikanın “GameStop” video-oyun reteylerinin səhmləri aprelin 14-də 18.1% artıb ki, bu da martın 25-dən bəri rekord göstəricidir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, “GameStop” səhmləri ticarət sessiyasının açılışında 143.57 dollar civarında olub, sonra isə 174.09 dollara yüksəlib. Sessiyanın sonunda səhmlərin dəyəri 166.45 dollar təşkil edib. Çərşənbə günü ümumi ticarət həcmi son on günün ortalamasından 1.4 dəfə çox olub.
Xatırladaq ki, yanvar ayının sonunda “GameStop”un səhmləri səhm başına 483 dollar ilə rekord həddə çatmışdır. Aprelin 12-də isə səhmlər dəyərinin 11%-ni itirərək, səhm başına 138.75 dollar səviyyəsinə düşmüşdür. Bu, şirkətin icraçı direktoru dəyişdirmək planları ilə bağlı xəbərin fonunda baş vermişdir. Verilən məlumata görə, hal-hazırda potensial namizədlərlə görüşlər keçirilir. Axtarış oyun sənayesi, elektron kommersiya və İT-də həyata keçirilir.
2021-ci ilin əvvəlindən “GameStop”un səhmləri ötən illə müqayisədə demək olar ki, 4 000% artıb. Şirkətin kapitallaşması 1.4 milyard dollardan 33.7 milyard dollara yüksəlib. Aprelin 12-də kapitallaşma təxminən 10 milyard dollar təşkil edib.