3 C
Baku
Saturday, December 14, 2024

“Üçüncü dalğanın pik həddindəyik, bundan sonra yoluxma azalacaq”

“Azərbaycanda koronavirusa yoluxma artıb. Artıq gündəlik yoluxma sayı iki minin üzərindədir”.

Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov “REAL İntervyu”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl çox həyəcanlı vəziyyət yaranmışdı:

“Sanki hər gün yoluxma artımı davam edirdi. Hətta 2700-ə çatmışdı. Sözsüz ki, bu hamını narahat edirdi. Son günlər yoluxma sayının 2200-2500 arasında dəyişməsinin şahidi oluruq.

Yoluxma sayının artmasında bir stabilləşmə var. Bu bizi bir qədər sakitləşdirir. Əslində, epidemiyanın özünün bir qanunauyğunluğu var. Bunu əvvəllər də demişik.

Yoluxma sayları əvvəlcə artma tempində davam edir. Pik həddinə çatır. Sonra pik vəziyyətində müəyyən müddət qalır və yoluxma sayları azalmağa başlayır.

Hazırda üçüncü dalğa dediyimiz vəziyyətin pik həddini yaşayırıq. Çünki yoluxma saylarında gündəlik artım, demək olar ki, yoxdur. Bir qədər stabilləşmə var. gözləntilərimiz özünü doğrultsa, gündəlik yoluxma sayı artmasa, bir müddət sonra bu sayın azalmasını müşahidə edəcəyik”.

Son xəbərlər
Digər xəbərlər