2 iyun 2021-ci il saat 12.00-da “Dərnəgülsənayetikinti” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdar cəmiyyətin idarə heyətinin 2020-ci ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və 2020-ci il üzrə illik hesabatların təsdiqi.
2. İdarə heyəti üzvlərinin və sədrin seçilməsi.
3. Müşahidə şurası üzvlərinin seçilməsi.
4. Təftiş komissiyası üzvlərinin seçilməsi.
5. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Xatırladaq ki, “Dərnəgülsənayetikinti” ASC 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 756 038 manatdır.