5 C
Baku
Thursday, November 7, 2024

Neftin qiyməti yenidən 70 dollara doğru

Neft, Çin və ABŞ-da yanacağa və güclü iqtisadi bərpaolm ilə bağlı artan proqnozlar fonunda həftə ərzində 6% qiymət qazandı.

Bankr.az xəbər verir ki, Londonun ICE birjasında Brentin iyun fyuçersləri üzrə qiyməti 0.09 dollar, yəni 0.13%  bahalaşmaqla 67.03 dollar/barrel olub.

WTI markalı xam neftin may fyuçersləri üzrə qiyməti isə 0.07 dollar, yəni 0.11% artımla 63.53 dollar olub.

“Westpac” baş iqtisadçısı Justin Smirk “Reuters”ə bildirib ki, qlobal miqyasda güclü iqtisadi bərpa olunma və təchizatçı vintilini əlində saxlayan OPEC+ ölkələri, ABŞ-dakı neft istehsalçıları qiymətləri yüksəltməsinə ehtiyatla cavab verirlər.

Hazırda Brentin qiyməti martın 17-dən bu tərəfə müşahidə edilən ən yüksək qiymətdir.

Son xəbərlər
Digər xəbərlər