21 C
Baku
Friday, October 11, 2024

Azərbaycanda dövriyyədə 10.3 milyard manat nağd pul var

Banker.az  Mərkəzi Banka istinadən xəbər verir ki, 2014-cü ildə dövriyyədə nağd pul (M0) 406 mln manat və yaxud  4% artaraq, 10 318,3 mln manat təşkil edib.

İl  ərzində  manatla geniş pul kütləsi isə (M2)  2 644.9 mln manat və yaxud, 14% artaraq, 21 689,8 mln manata çatmışdır.

j

Qeyd edək ki, pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Azərbaycan praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: a) dar mənada pul kütləsi (M1), b) manatla geniş mənada pul kütləsi (M2), c) genişmənada pul kütləsi (M3).

Azərbaycanda M0, M1, M2 və M3 aqreqatlarından istifadə olunur: M0 = ödəniş vəsaiti kimi ani istifadə olunan pul kütləsinin ən likvid hissəsi, dövriyyədə olan banknot vəsikkələr. M1 = M0 + tələb olunanadək əmanət və depozitlər; M2 = M1 + müddətli əmanət və depozitlər; M3 = M2 + sərbəst dönərli valyutada əmanət və depozitlərdir.

Son xəbərlər
Digər xəbərlər