Böyük Britaniyanın Rusiyadakı səfiri Debora Bronnert Moskvada Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Mk.ru xəbər verir ki, Bronnert səfirliyi tərk edərkən jurnalistlərin sualını cavablandırmayıb.
Bundan əvvəl, Böyük Britaniya XİN Rusiyanın Londondakı səfiri Andrey Kelini ABŞ-ın “SolarWinds” şirkətinə edilən kiberhücumlara görə çağırıb.
Ağ Evə görə, hücum rusiyalı hakerlər tərəfindən dəstəklənə bilər. Britaniya tərəfi eyni zamanda, “demokratik proseslərə müdaxilə və Ukraynanın qanunsuz ilhaq edilmiş Krımla sərhədi yaxınlığında silahlı qüvvələrin yerləşdirilməsindən” narahatlığını dilə gətirib.