Son zamanlar redaksiyamıza daxil olan suallardan çoxu krediti ödəyə bilmədiyiniz zaman bankların nə qədər cəri haqqı tutması ilə bağlıdır. Banker.az saytı olaraq, oxuyucularımızı bu sahədə də məlumatlandırmaq istərdik.
İlk öncə qeyd etmək istərdik ki, hər bir bankın kreditin gecikdirməsi üçün nəzərdə tutduğu cərimə faizləri fərqlidir. Qanunda bu nüansla bağlı müştərinin xeyrinə çox az məsələ nəzərdə tutulub.
Cərimə haqqında daha bir maddə də vardır ki, – Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Müştərilər üçün çox vacib nüanslardan biri odur ki , kredit götürən zaman kredit müqaviləsində cərimənən bağlı bütün nüanslar diqqətdən keçirilsinki, sonradan sürprizlə qarşılaşmasınlar. İmzalanmış müqavilə artıq müştərinin qeyd olunan şərtləri qəbul etməsi anlamına gəlir ki, bu da məhkəmə zamanı bu tip nüanslar adətən bankın xeyrinə həll edilir.
Həmçinin qanundan növbəti bir maddəni də diqqətinizə çatdırmaq istərdik. Əgər kredit götürən şəxs borcunu lazımınca ödəməsə, ö cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
Onu da qeyd edək ki,hər bank müştərilərinin kredit tarixçəni qiymətləndirməyə fərdi yanaşır, bəzi banklar müştərilərin 5-6 gün kredit gecikməsini normal hesab edir. Lakin, digər bank üçün bu hal baş verərsə, artıq sizin üçün müvafiq cərimə faizləri tutulur. Həmçinin, faizlər ilə yanaşı bankların, taktikalarıda fərlidir. Bəzi banklar gecikmə etdiyiniz zaman, bəzi banklar ödəməyiniz, yəni geridə qalan məbləğ üzrə cərimə faizləri tutduğu halda, digər banklar eyni hal baş verdikdə, əldə etdiyiniz bütün məbləğ üzrə cərimə hesablayır. Bu faiz də təbii ki, daha yüksək olur.
Təəssüf ki, banklar bu faizlərin açıqlamasında o qədər də maraqlı deyillər. Lakin, bir neçə bankın 1 gün üçün nəzərdə tutduqları cərimə faizlərini təqdim edə bilərik.
Əgər Acceess Banka olan kredit borcunuzu 1 gün gecikdirsəniz, bu zaman 1 gün üçün qalan borcunuzun 0.5%-i cərimə tutacaqlar.
ParaBankda isə kreditin gecikməsi zamanı isə 1 gün üçün götürdüyünüz məbləğin 0.2%-i cərimə olunacaq. Lakin bank kreditinizin ödəmə vaxtından sonrakı 3 gün üçün cərimə tutmur. Yəni kreditinizi sadəcə 3 gün gecikdirə birlərsiniz. növbəti gündən etibarən isə hər gün üçün yuxarıda qeyd etdiyimiz cərimə faizləri tutulacaqdır.
Ekspress Bank isə cərimə üçün nəzərdə tutulan heç bir faiz açıqlamasa da, bankın əməkdaşı gecikdirilən gün üçün nəzərdə tutulan kredit faizinin 2 qatında cərimə tutulduğunu söyləyir.
Azərbaycan Beynəlxalq Bankında isə vəziyyət daha sevindiricidir. Belə ki, Banka olan kredit borcunuzu 7 gün belə gecikdirsəniz, sizin üçün heç bir cərimə tutulmayacaq. Lakin növbəti gündən etibarən bank, gecikdirdiyiniz hər gün üçün müvafiq cərimələr tətbiq edəcək. Bank sizdən gecikmə üçün əsas borcunuzun 1%-də cərimə tutacaqdır.
Sonda isə sizə kredit ödənişlərinizdə daha diqqətli olmağı məsləhət görürük. Çünki, uzun müddət kreditinizi gecikdirdiyiniz zaman kredit tarixçəniz korlana bilər. Bu zaman isə növbəti dəfələrdə kredit almağınız daha da çətinləşəcəkdir. Hətta belə vəziyyətdə banklar sizə kredit verməkdən imtina belə edə bilərlər.