İlon Maskın “SpaceX” şirkəti astronavtları Aya çatdırmaq üçün NASA-dan 2.9 milyard dollarlıq kontrakt qazanıb.
Banker.az bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.
“Bu, Aya qayıtmağımız üçün həyəcanverici bir addımdır”, – deyə NASA-nın pilot proqramlarının rəhbəri Keti Luders söyləyir.
Qeyd edək ki, “SpaceX” şirkəti son mərhələdə Ceff Bezosun “Blue Origin”, “Northrop Grumman”, o cümlədən “Dynetics” ilə rəqabət edib.
Daha əvvəl ABŞ Milli Aviasiya və Kosmos İdarəsi (NASA) Missisipidə SLS (Space Launch System) mərkəzi raket qurğusunu uğurla sınaqdan keçirmişdir.
NASA-ya görə, bu sınaq Ayın ətrafına “Orion” kosmik gəmisinin göndərilməsi planlaşdırılan “Artemis-1” missiyasının həyata keçirilməsində mühüm bir mərhələ olub.