Azərbaycan Prezidenti İlham Əliyev daha üç ölkənin fövqəladə və səlahiyyətli səfirini təyin edib.
Banker.az bu barədə Prezidentin sərəncamına istinadən xəbər verir.
Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında, Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.