®“AccessBank” yeni əmanət kampaniyasına başlayır. Kampaniya çərçivəsində, Bankda ilk dəfə müddətli əmanət hesabı açan fiziki şəxslər əmanət üzrə illik faiz gəliri qazanmaqla yanaşı, həmçinin öncədən əmanət məbləğinin 1.5%-dək bonus qazanmaq imkanı da əldə edirlər. Bonus müştərinin seçimindən asılı olaraq, əmanət açılan gün onun kart və ya cari hesabına köçürülür.
Ətraflı: https://www.accessbank.az/az/private/deposits/timed-deposits/
Kampaniyadan yararlanmaq üçün “AccessBank”ın yaxınlıqdakı filialına yaxınlaşmaq, həmçinin Bankın 151 Əlaqə mərkəzinə zəng etmək və ya 055 440 01 51 “whatsapp” nömrəsinə yazmaq olar. Məhsul haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və ya sosial media hesablarından əldə etmək mümkündür.