6 C
Baku
Sunday, December 15, 2024

Trampın “tvitləri” 2.3 milyon dollara satışa çıxarıldı

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “tvitləri” tokenlərə (NFT) çevrilib və satışa çıxarılıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Trampın sosial şəbəkədəki hesabının dondurulmasından əvvəl bütün “tvitlər” arxivləşdirilib.

Prezidentin 12 il ərzində yayımladığı 46 694 “tvit” “drumpfs.io” saytında satışa çıxarılıb. Hər “tvit” 0.02 Etherium (təxminən 49 dollar) qiymətinə satılır. Beləliklə, bütün arxiv alıcıya təxminən 2.3 milyon dollara başa gələcək.

Saytın yaradıcısı müxtəlif universitetlərdən tələbələrin daxil olduğu “Strategic Meme Group”dur. Sayt NFT tokenlərinin satışından əldə olunan bütün qazancları xeyriyyə təşkilatlarına göndərəcəyini iddia edir.

“Trampa nifrət edirsiniz? Onun “tvitlərini” alın və tarixin bir hissəsinə sahib olun! Bütün gəlirlər onun qarşı çıxdığı xeyriyyə məqsədlərinə xərclənəcək”, – deyə platformanın müəllifləri çağırış edirlər.

Məsələn, keçmiş prezidentin poçtla səsverməni tənqid etdiyi “tvitlərin” satışından əldə edilən gəlir Amerika Vətəndaş Azadlıqları Birliyinə göndəriləcək. Xeyriyyə alacaq təşkilatlar arasında həmçinin “AmeriCares”, “Sərhədsiz həkimlər”, “Yoxsulluq məsələləri üzrə hüquq mərkəzi” də var.

Xatırladaq ki, Trampın “Twitter”dəki hesabı 2021-ci ilin yanvar ayında bloklanıb. Bir ay yarım keçəndən sonra prezident bir daha bu sosial şəbəkəyə qayıtmayacağını açıqlayıb. Prezidentin fikrincə, “o çox darıxdırıcı olub”.

Son xəbərlər
Digər xəbərlər