21 C
Baku
Friday, October 11, 2024

Maliyyə dünyasından maraqlı seçmələr

Makedoniyalı İskəndər hökmranlıq maniyasından əziyyət çəkməsə də, əzəmətini nümayiş etdirməkdən də çəkinmirdi. Qədim sikkələr üzərində ilk dəfə öz təsvirini həkk etdirən də məhz Makedoniyalı İskəndər olmuşdur.

1897-ci ildə Rusiyada ölkənin əzəli valyutası olan rublu ləğv etmək istəyirdilər. Nevrozun ən çətin vəziyyətində olan və vəzifəsini itirməkdən qorxan Rusiyanın maliyyə naziri S.Vitte ölkə rəhbərliyi yanında öz yerini bərkitmək və rubl ilə bağlı islahatlar keçirmək qərarına gəlir. Bu zaman rublu “rus” adlandırılan valyuta ilə əvəz edilmək planlaşdırılır. Lakin rus xalqı bu məsələyə çox soyuq münasibət bəslədiyindən bu cəhdlər baş tutmur və rubl rus milli valyutası olaraq qalır.

XIII əsrdə Tibetdə insanlar duzlu məhsulların haqqını ödəmək üçün duzlu çubuqlardan istifadə edirdilər. Hər çubuqda duzun keyfiyyətini və çubuğun çəkisini təsdiq edən xüsusi işarə qoyulurdu. 19-cu əsrin sonunda dövriyyədə olan bu cür duzlu çubuqlara Birmada, Borneo adasında, həmçinin Qvineya və Efiopiyada rast gəlmək mümkün idi.

XIX əsrdə Alyaskada suiti dərisindən olan pullar dövriyyədə idi. Hazırda bu cür banknotun dəyəri müəyyən miqdarda olan qızıl lövhənin dəyərinə bərabərdir.

Çinlilər bir müddət evdə olan müxtəlif predmetləri xatırladan formada olan sikkələrdən pul qismində istifadə etmişlər. Zənginlərin evində çoxlu sayda müxtəlif sikkələr olurdu. Yoxsul şəxslərin evlərində isə yalnız bıcaq-sikkə, toxa-sikkə və zınqırov-sikkələrə rast gəlmək mümkün idi.

Son xəbərlər
Digər xəbərlər