3 C
Baku
Saturday, December 14, 2024

Subbakalavriat səviyyəsi üzrə qanunvericiliyə dəyişiklik edilir

Ali təhsilin qısa dövrü və ya subbakalavriat səviyyəsinin təhsil proqramlarının əsas meyarları açıqlanıb.

Bu “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, ali təhsilin qısa dövrü və ya subbakalavriat səviyyəsinin təhsil proqramları ali təhsilin səviyyələri formal ümumi təhsillə yanaşı, qeyri-formal və informal əsaslarla əvvəlki öyrənmənin tanınması və tətbiqini nəzərdə tutur.

Ali təhsilin qısa dövrü və ya subbakalavriat səviyyəsinin təhsil proqramları təhsilalanlar üçün peşəkar bilik, bacarıq və səriştələrin qazanması məqsədi daşıyır və təhsilalanları daha tez və rahat şəkildə əmək bazarına daxil olmağa hazırlayır.

Ali təhsilin qısa dövrü və ya subbakalavriat səviyyəsinin təhsil proqramları üzrə qazanılmış kvalifikasiyalar ali təhsilin növbəti səviyyəsi üçün giriş imkanı yaradır.

Ali təhsilin qısa dövrü və ya subbakalavriat səviyyəsinin təhsil proqramları Peşəkat İnstitutlarda (politexnik və ya tətbiqi institutlarında), universitet kolleclərində və yüksək peşə təhsili müəssisələrində həyata keçirilir.

Ali təhsilin qısa dövrü və ya subbakalavriat səviyyəsinin təhsil proqramları 2-3 il müddətinə olmaqla 120-150 kreditdən ibarətdir.

Ali təhsilin qısa dövrü və ya subbakalavriat səviyyəsinin təhsil proqramlarından sonrakı ali təhsil səviyyəsi bakalavriatdır. Bu səviyyələr arasında birindən digərinə keçid qaydaları Ali Təhsil Kvalafikasiyalarının Təsnifat Standartının meyarları əsasında müəyyən edilir.

Ali təhsilin qısa dövrü və ya subbakalavriat səviyyəsinin təhsil proqramlarının məzmununa və məzmunun strukturuna, keyfiyyətin təminatına və təşkilinə olna tələblər ali təhsil sahəsində dövlət standartları ilə müəyyən edilir.

Ali təhsilin qısa dövrü və ya subbakalavriat səviyyəsinin təhsil proqramlarının keyfiyyətinin təminatının ölçülməsi və akkreditasiyası xarici keyfiyyətin təminatı qurumu tərəfindən ali təhsilin digər səviyyələri üçün tətbiq edilən meyar və qaydalar əsasında təşkil edilir.

Subbakalavr kvalifikasiya səviyyəsində ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə ixtisas təhsilli mütəxəssis hazırlığı həyata keçirilir.

Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində və kolleclərdə orta ixtisas təhsil həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar.

Ali təhsil müəssisələrində orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi-diplom verilir. Orta ixtisas təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas yaradır.

Ali təhsil müəssisələrində ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyəsini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi və təhsil haqqında dövlət sənədinin verilməsi məqsədilə ümumi təhsil müəssisələrinin buraxılış siniflərində buraxılış siniflərində (IX və XI) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsilalanların yekun attestasiyası keçirilir və nailiyyətlərinə görə təhsilalanlara attestat, fərqlənmə attestatı və xüsusi nümunəli attestat verilir.

Son xəbərlər
Digər xəbərlər