8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda özəl sektor ixtisarlar edir

Azərbaycanda 2021-ci il mart ayının 1-i vəziyyətinə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı azalıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İşçilərin sayı 1 milyon 678.5 min nəfər təşkil edib, bu da son bir ay ərzində 5.9 min nəfər azalma deməkdir.

İşçilərin sayında  915.5 min nəfəri dövlət və 763 min nəfəri isə özəl sektorda çalışan işçilər təşkil edib.

Dövlət sektorunda çalışan işçilərin sayı 0.2 min nəfər artım göstrəsə də, özəl sektorda bu rəqəmlər 6.1 min nəfər azalıb.

98787

Son xəbərlər
Digər xəbərlər