12 C
Baku
Tuesday, November 19, 2024

Mübahisələri necə idarə etmək olar: 5 əsas prinsip

Münaqişələrdən qorxursunuz? Təəssüf ki, həyatınızda qarşıdurmalar olmasaydı, siz insan olmazdınız. Eyni zamanda münaqişəni necə idarə edəcəyinizi bilmək liderlik keyfiyyətlərinizi xeyli inkişaf etdirə bilər.

Bu, komandada münasibətləri gücləndirir, qarşılıqlı fayda əsasında qurulmuş iş ortaqlıqlarını inkişaf etdirir, o cümlədən başqalarını ilhamlandırmaq və cəlb etmək qabiliyyətini təkmilləşdirir.

Təxmin etdiyiniz kimi, bu gün münaqişələrin idarə edilməsindən danışacağıq. Yeddi ildən çoxdur ingilis dili müəllimi kimi çalışıram və dəfələrlə müxtəlif münaqişələrlə üzləşirəm. Odur ki, münaqişəni fərdi və korporativ uğur qazanmaq üçün konstruktiv bir alətə çevirmək üçün sizə beş vacib bacarıq təklif etmək istəyirəm.

1. “Düşməninizlə” əlaqə yaradın

Fikir fərqliliyi gərginlik, duyğu və qütbləşmə ilə xarakterizə edildiyi zaman münaqişə baş verir. Adətən münaqişə insanların itki, məyusluq və kədər kimi hisslərlə qarşılaşdıqda meydana gəlir. Korporativ mühitdə emosional ağrı fərdi səviyyədə ortaya çıxa bilər, məsələn, əldən verilmiş vəzifə və ya müqavilə səbəbindən.

“Düşmənləriniz” ilə əlaqə qurmaq sizi şəxsi hisslərinizə qapılmaqdan qoruyacaq. Bu ünsiyyət xoşagəlməz halların sayını sıfıra endirir. İstəsəniz, iş yoldaşınızla yaxın münasibət qura və fikir fərqliliyini birgə fəaliyyətlərdə istifadə edə bilərsiniz.

Mütləq deyil ki, qarşınızdakı insanı sevəsiniz. Əsas odur ki, ünsiyyətiniz “qeyd-şərtsiz” müsbət olsun. Bu, bir şeylə razılaşmasanız da, başlanğıc nöqtəsini görmək qabiliyyətini təkmilləşdirir. Qəbul və razılaşma – bir-birindən kəskin fərqlənən anlayışlardır. Qarşı tərəfə düşmən deyil, müttəfiq kimi yanaşın və qarşılıqlı hörmət, müsbət münasibət və əməkdaşlıq üçün zəmin tapın. İnsanı problemdən ayırmaq bacarığı – öyrənilə bilən ən vacib liderlik keyfiyyətlərindən biridir.

2. Münaqişəni həll etmək üçün dialoq qurun

Dialoq özünüdərk və özünənəzarət tələb edir. Qeyd edək ki, zehniniz sizə təbii qorxunu aradan qaldırmağa və məsələni fərqli nöqteyi-nəzərdən görməyə kömək edir. Qarşıdurma əvvəlindəki qorxunuz realdır, çünki o, təcrübə ilə formalaşır. Münaqişə ilə üzləşən bir çox lider daxili qorxularının “girovu” ola bilər, amma bu mütləq deyil. Tədqiqatlar göstərir ki, problemi qəbuletmə və davranış tərzimizi dəyişdirə bilərik. İdmançı yarışda qalib gələcəyini xəyal edə bildiyi kimi, biz də daxili dialoq yaradaraq özümüzlə məşq edə bilərik. Siz həm də “düşməni” potensial müttəfiq kimi görməyə başlaya və ilk baxışdan sağlam düşüncəyə zidd olan bir şey edə bilərsiniz: münaqişə yaşadığınız şəxsə yaxınlaşmaq və onunla dialoq qurmaq.

3. Münaqişənin səbəbini unutmayın

Beləliklə, bütün kartlar əlinizdədir, siz dialoqa hazırsınız, amma onun mahiyyəti nədir? İxtilafın kökləri haradadır? Siz yalnız problemlə bağlı yalnız özünüzün deyil, eyni zamanda qarşı tərəfin qavrayışından xəbərdar olmalısınız. Çox vaxt fikir ayrılıqları insanların fərqli hədəflər, maraqlar və ya dəyərlər qrupuna sahib olması səbəbindən ortaya çıxır. Problemlər fərqli olur, məsələn: “keyfiyyətə nəzarət”, “istehsal problemi” və s. Etiraf edək ki, işləmək asan olmayan insanlar da var. Əgər bir insanı əsasən öz nəfsi və güc ehtirası idarə edirsə, onun həmişə qarşıdurma ilə əhatə olunma ehtimalı yüksəkdir.

Münaqişəni həll etmək üçün onun maraq, yoxsa ehtiyacla əlaqəli olduğunu müəyyən etmək faydalıdır. Bu, müvəqqəti maraq da ola bilər, məsələn, pul və ya iş. Ehtiyac daha dərindir, çünki burada identifikasiya, təhlükəsizlik və hörmət kimi amillərdən söhbət gedir. Qarşıdakı insanın nədən narahat olduğunu bilsəniz, ona obyektiv cavab verə biləcəksiniz. Unutmayın ki, istənilən münaqişənin səbəbi itkidir (real, gözlənilən, yoxsa xəyali).

4. Qarşılıqlılığı unutmayın

Qarşılıqlılıq qanunu əməkdaşlıq və uğurlu kollaborasiya üçün fundamentdir. Çox güman ki, verdiyiniz şeyi geri alacaqsınız. Qarşılıqlılıq – empatiya amilidir, hansıki başqasının təcrübəsini, niyyətini və hisslərini başa düşməyə imkan verir. Bu sadəcə sosial razılaşma deyil: araşdırmalar beyindəki güzgü neyronlarının empatiya və, müvafiq olaraq, qarşılıqlılıq yaradır. Qarşılıqlı mübadilə və daxili uyğunlaşma iki və ya daha çox fərdin köklənməsinə və bir-birinin daxili vəziyyətinə şəfqət göstərməsinə imkan verir.

Empatiya texnikasına yiyələnərək və onu həm şifahi, həm də şifahi olmayan şəkildə ifadə edərək, qarşılıqlı əlaqəni qat-qat gücləndirə bilərsiniz. “Düşməninizə” güzəştə getdikdən sonra, çox güman ki, qarşı tərəf də eyn cür hərəkət edəcək. Bir sözlə, qarşılıq verin.

5. Münaqişə boyunca müsbət münasibətlər qurmağa çalışın

Müsbət münasibət saxlamaq qarşı tərəfin baxışına hörmət etmək deməkdir. Hətta müəyyən fikirlərlə və ya davranışlarla razılaşmasanız belə, hər şeyi qəbul etdiyinizi nümayiş etdirin. Zehni və duyğuları tarazlaşdırmaq vacibdir, çünki qorxu, qəzəb, məyusluq və sevgi kimi duyğular düşünülmüş hərəkətlərə müdaxilə edə bilər.

Bunlar öyrənə, tətbiq edə və inkişaf etdirə biləcəyiniz münaqişə idarəçiliyi üçün ünsiyyət bacarıqlarıdır. Əgər qarşı tərəfə danışıqlar boyunca qəbul, dəyər və əhəmiyyətlilik hissini dəstəkləməyə kömək edə bilsəniz, münaqişəni asanlıqla həll etmiş olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər