-1 C
Baku
Sunday, December 15, 2024

Mixail Mişustin Əli Əsədovu Rusiyaya rəsmi səfərə dəvət edib

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində “GAZel-NEXT” və “GAZon NEXT” kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Son xəbərlər
Digər xəbərlər