Bakıda eyni şəxsə məxsus iki şirkət ləğv edilir.
Banker.az xəbər verir ki, bunlar “Svvitch On” MMC və “Azər 1992” MMC-dir.
Bu şirkətlər ümumi yığıncağı 19.04.2021-ci il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.
Kreditorlar iki ay ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1092, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Əşrəf Yunisov (Ərəblinka), ev 8, mənzil 34 ünvanına bildirə bilərlər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.07-ci maddəsinə əsasən, ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.