“Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında vacib rol oynayıb”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.
V. Putin bildirib ki, Rusiya beynəlxalq məsələlərdə BMT-nin vacib rolunu hər zaman dəstəkləyib.
“Biz BMT-nin münaqişələrin həllinin tapılmasında rolunu hər zaman dəstəkləmişik. Suriyada, Liviyada gərginliyin aradan qaldırılmasına, dialoqun başlamasına töhfə vermişik. Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında da vacib rol oynayıb”, – deyə Rusiya dövlət başçısı bildirib.