21 C
Baku
Friday, October 11, 2024

TuranBank ilə Commerzbank arasında baş kredit sazişi imzalanıb

TuranBank və Almaniyanın Commerzbankı arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi istiqamətində baş kredit sazişi imzalanıb.

TuranBankdan bildiriblər ki, kredit sazişi üzrə cəlb olunacaq vəsait müştərilərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Qeyd edək ki, TuranBank Commerzbankla 2009-cu ildən etibarən əməkdaşlıq edir. Commerzbank kredit portfelinin həcminə görə Almaniyanın ən iri banklarından biri olmaqla dünyanın 40 ölkəsində 8 milyondan çox müştəriyə xidmət göstərir.

AzərTAc

Son xəbərlər
Digər xəbərlər