9 C
Baku
Thursday, December 12, 2024

Kiçik sahibkarların “kredit biznesi” zərərdən qurtula bilmir

Azərbaycanda fəaliyyət göstərən 42 kredit ittifaqı 2021-ci ilin ilk rübü ərzində yenidən zərər etdikləri açıqlanıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-mart ayları üçün təqdim etdiyi icmal göstəricilərə istinad edilir.

Kredit ittifaqları hesabat dövründə illik müqayisə ilə 17% azalma ilə faiz gəlirləri 0.5 milyon manat, faiz xərclərinin həcmi isə 0.01 milyon manat olmuşdur. İttifaqların qeyri-faiz gəliri və qeyri-faiz xərcləri 0.2 milyon manat olub, nəticədə əməliyyatları 0.4 milyon manatla tamamlanıb.

Lakin kredit ittifaqlarının aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon ayırmalar edib ki, nəticədə 0.6 milyon manatlıq zərər etmələri rübü tamamlamalı olublar. Öncəki ilin eyni dövründə də 0.6 milyon manat zərər etmişdirlər.

Hazırda 1 aprel 2021-ci il tarixinə olan göstəriciyə görə, 1.3 milyon manat bölüşdürülməmiş mənfəətləri vardır.

SEKTOR BÖYÜYÜB…

Azərbaycanın kredit ittifaqları ilə bağlı müsbət göstərici əsas fəaliyyət istiqaməti – kreditləşmədə iştiraklarının bir qədər böyüməsidir. Təşkilatlar 2021-ci ilin ilk rübündə aktivlərini 0.1 milyon manat artımla 15.3 milyon manata çatdırmasıdır. Burada, aktivlərin 13.5 milyon manatı kredit portfelləridir. Kredit portfeli son rüb ərzində 0.2 milyon manat böyüyüb.

Kİ-lərin borc vəsaitlərinin həcmi azalaraq 5.6 milyon manata düşmüş, cəmi öhdəlikləri isə 5.8 milyon manat təşkil etmişdir.

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

Son xəbərlər
Digər xəbərlər