6 C
Baku
Saturday, December 14, 2024

AİB Azərbaycan üçün blokçeynə əsaslanan qida məhsullarını izləmə sistemi yaradır

Şri-Lankanın blokçeyn startapı “Tracified” Azərbaycanda qida məhsullarını izləmə sisteminin tətbiqi üçün Asiya İnkişaf Bankının (AİB) beynəlxalq tenderini qazanıb.

“Asiya və Sakit Okean üçün Rəqəmsal İnkişaf Fondu – Azərbaycanda Qida Məhsullarını İzləmə Sistemi” adlı pilot layihə uğurlu olmasından asılı olaraq gələcəkdə qonşu ölkələrə də genişləndirilə bilər.

“AİB tenderində qələbə “Tracified” üçün iki həyəcanlı ayın kulminasiyası idi. Cürbəcür fürsətləri və dünya üzrə daima yenilikləri ilə seçilən bu məkanda Şri-Lankanı təmsil edən iştirakçı kimi biz bu layihə vasitəsilə “Tracified” platformasının sərhədlərini araşdırmağı və Azərbaycanın aqrar qida sektoruna qalıcı təsir göstərməyi gözləyirik”, – “Tracified”ın həmtəsisçisi Dilipa Cayatillake (Dileepa Jayatillake) deyib.

Məlumata görə, Azərbaycan hökuməti qida təhlükəsizliyi ilə bağlı qanun və qərarlar qəbul etməyi planlaşdırır. Lakin Azərbaycanda aqrar qida sektoru çox parçalanmış olunduğu üçün əsasən mikro, kiçik və orta qida müəssisələrindən ibarətdir və bu səbəbdən qida məhsullarının izlənməsi sisteminin ölkədə tətbiqi çətin bir işdir.

Bu problemin həlli üçün Asiya İnkişaf Bankı qida, yem, qida istehsalı üçün istifadə olunan heyvanlara və qida əlavələrinə əsaslanan məhsulları əhatə edən izləmə sistemini tətbiq etməyi planlaşdırır.

Layihə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idarə ediləcək, “Tracified” isə blokçeyn vasitəsilə izləmə sistemini tətbiq edəcək və sazlayacaq, izləmələri effektiv şəkildə aparmaq üçün fiziki etiketləmə texnologiyasını yaradacaq, yerli məsləhətçilər vasitəsilə təlimlər keçirəcək və sistemin tətbiq miqyası ilə bağlı tövsiyələr verəcək.

“StartupX Foundry” innovasiya mərkəzinin çərçivəsində yaradılmış “Tracified” şirkəti blokçeynə əsaslanan və bütün tədarük zəncirini birləşdirən izləmə platformasıdır. Bu texnologiya tədarük zəncirinin bütövlüyünün təmin edilməsinin vacib olduğu hallarda tətbiq oluna bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər