Azərbaycan bankı “Bank Avrasiya” ASC-nin aktivləri 2021-ci ilin birinci rübündə kiçilib.
Banker.az bu barədə bankın 31 mart 2021-ci il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir.
Bankın aktivlərinin həcmi rüb ərzində 1.54 milyon, yaxud 0.96% kiçilməklə 158.16 milyon manata düşüb. Aktivlərinin 29.65 milyon manatı nağd, 16.48 milyon manatı qiymətli kağızlar, 5.85 milyon manatı əmlak və 113.06 milyon manatı isə müştərilərə verdiyi kreditlər olub.
Müştərilərə verdiyi kreditlərdən 7.48 milyon manatı istehlak (rübün əvvəli ilə müqayisədə: -0.17%), 62.8 milyon manatı biznes kreditləri (-1.89%) və 42.77 milyon manatı əmlak kreditləri (+4.05%) olmuşdur.
Göründüyü kimi, bank yalnız əmlaka (ipoteka) yönəltdiyi kreditlə cəmi portfelin dinamikasını pozitiv istiqamətə yönəldə bilib.
MÜŞTƏRİLƏRİ BANKDAKI ƏMANƏTLƏRİNİ GERİ ÇƏKİR
Daha çox korporativ istiqamətdə fəaliyyət göstərən “Bank Avrasiya”nın cəmi öhdəliklərinin həcmi 86.69 milyon manata qədər, yaxud 2.11% azalıb. Azalmada əsas rol isə müştərilərin bankdakı əmanətlərinin bir hissəsini geri çəkməyə başlaması olub. Cari ilin ilk rübündə Azərbaycanda əksər bankların depozit portfelinin artdığı bir zamanda “Bank Avrasiya” 2.94 milyon manatı, yaxud 6.69%-i “ərimklə” 41.08 milyon manata qədər azalıb. Bildirək ki, ilin əvvəlində bu rəqəm 44.03 milyon manat, ötən ilin müvafiq dövründə isə 45.1 milyon manat idi. Müştərilərin depozitlərinin 33.91 milyon manatı fiziki və 7.17 milyon manatı isə hüquqi şəxslərin depozitləridir.
MƏNFƏƏTDƏDİR
Bankın balans hesabatından fərqli olaraq “Mənfəət və zərər haqqında hesabat”da müsbət dinamikada olan bir neçə göstəricisi qeydə alınır. Bank 2021-ci ilin ilk rübü ərzində 2.91 milyon manat faiz gəliri, 0.45 milyon manat faiz xərci, 0.41 milyon manat qeyri-faiz gəliri və 1.17 milyon manat qeyri-faiz xərci çəkdiyini açıqlayıb. Bununla da ilin ilk rübü ərzində əməliyyat mənfəətinin həcmi 1.7 milyon manat təşkil edib. Lakin 1.35 milyon manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma edib, nəticədə bankın 0.35 milyon manat xalis mənfəəti olub.
Bu xalis mənfəətdən sonra bankın balansında olan bölüşdürülməmiş mənfəət 19.59 milyon manata qədər yüksəlib. Hazırda cəmi kapitalın həcmi isə 71.47 milyon manatdır.
“Bank Avrasiya”nın nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmdarları 37.50%-lə “Euro Standard” Şirkəti, 37.50%-lə “PMD Group” MMC və 25%-lə “Azbizneskom” Şirkətidir.
Maliyyə vəziyyəti haqqında hesabat | |||
Hesabatlılıq dövrü: 31.03.2021
Yenilənmə tarixi: 22.04.2021 |
|||
Hesabat dövrü | Ötən ilin sonu | ||
1 | Aktivlər: | 158162.04 | 159703.73 |
1.1 | Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait | 29651.57 | 31817.61 |
1.2 | Ticarət və investisiya qiymətli kağızları | 16478.67 | 13586.60 |
1.3 | Banklar və digər maliyyə institutlarındakı depozitlər | 0 | 2908.89 |
1.4 | Banklar və digər maliyyə institutlarına verilən kreditlər | 5455 | 4558.50 |
1.5 | Müştərilərə verilmiş kreditlər | 113056.34 | 112616.33 |
1.5.1 | a) istehlak kreditləri | 7483.28 | 7496.05 |
1.5.2 | b) biznes kreditləri | 62805.86 | 64017.29 |
1.5.3 | c) daşınmaz əmlak kreditləri | 42767.20 | 41102.99 |
1.5.4 | d) digər kreditlər | 0 | 0 |
1.5.5 | Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat | 15500.64 | 14626.81 |
1.5.6 | Müştərilərə verilmiş kreditlər (xalis) | 97555.70 | 97989.52 |
1.6 | Əmlak və avadanlıqlar | 5846.97 | 5661.80 |
1.7 | Qeyri-maddi aktivlər | 293.60 | 304.60 |
1.8 | Təxirə salınmış vergi aktivləri | 45.09 | 45.09 |
1.9 | Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat | 241.70 | 148.33 |
1.10 | Digər aktivlər | 3077.14 | 2979.44 |
2 | Öhdəliklər: | 86689.16 | 88556.13 |
2.1 | Depozitlər | 41084.19 | 44028.10 |
2.1.1 | a) fiziki şəxslərin depozitləri | 33911.52 | 35575.37 |
2.1.2 | b) hüquqi şəxslərin depozitləri | 7172.67 | 8452.72 |
2.2 | Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər | 0 | 0 |
2.3 | Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər | 44691.13 | 43567.41 |
2.4 | Borc qiymətli kağızları | 0 | 0 |
2.5 | Cari vergi öhdəlikləri | 51.22 | 83.43 |
2.6 | Təxirə salınmış vergi öhdəliyi | 0 | 0 |
2.7 | Subordinasiya borc öhdəlikləri | 0 | 0 |
2.8 | Digər öhdəliklər | 862.62 | 877.19 |
3 | Kapital: | 71472.88 | 71147.60 |
3.1 | Səhmdar kapitalı | 50000 | 50000 |
3.2 | Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər) | 0 | 0 |
3.3 | Bölüşdürülməmiş mənfəət | 19591.71 | 19241.12 |
3.4 | Ümumi ehtiyatlar: | 1881.16 | 1906.48 |
3.4.1 | a) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar | 1638.18 | 1669.38 |
3.4.2 | b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar | 0 | 0 |
3.4.3 | c) digər ümumi ehtiyatlar | 242.98 | 237.10 |
4 | Cəmi öhdəliklər və kapital | 158162.04 | 159703.73 |