Azərbaycan bankı Eurobank nizamnamə kapitalının rekord həddə çatdırmağa haqq qazanmışdır.
Qiymətli kağızlar üzrə Dövlət komitəsinin verdiyi məlumata görə, bank 15 yanvar tarixində AZ1002005853 ISIN-kod ilə aksiyaların emissiyasını qeydiyyata almışdır. Bununla əlaqədar olaraq Eurobank hər birinin dəyəri 500 manat olmaqla 78 min səhm buraxa bilər.
Nəticədə də bankın nizamnamə kapitalı 39 milyon manata çatdırıla bilər.