23 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda birinci rübdə quraşdırılan POS-terminalların sayı azalıb

Azərbaycanda POS-terminalların sayı yanvar-mart aylarına 58 184 ədəd təşkil edib.

Banker.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, 3 ayda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 13 min 86 ədəd azalıb.

Ötən ilin müvafiq dövründə isə POS-terminalların sayı 71 min 127 ədəd olub. İllik müqayisədə 12 min 943 ədəd azalaraq geriləyib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Bakıda quraşdırılan post-terminalların sayı 38 min 421, regionlarda isə 19 min 763 olub.

Son xəbərlər
Digər xəbərlər