11 C
Baku
Wednesday, December 11, 2024

Dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı 14%-dək artıb

Bu ilin 1-ci rübündə məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artıb.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, həmin təşkilatların ümumi daxilolmalarda xüsusi çəkisi 61% təşkil edib və ötən ilin müvafiq dövründən 2,2% çoxdur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər