2021-ci ilin yanvar-fevral aylarında Azərbaycandan ümumi dəyəri 266.3 min ABŞ dolları dəyərində 707.3 ton kartof ixrac edilib.
Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılmış hesablamalarına görə, 2020-ci ilin göstəricisi ilə müqayisədə bu il Azərbaycandan ixrac edilən kartofun dəyəri 49.4%, həcmi isə 1.7 dəfə artıb.
Bununla yanaşı, bu ilin 3 ayında Azərbaycana ümumi dəyəri 10 milyon 417 min dollar dəyərində 41 min 761 ton kartof idxal olunub. 2020-ci ilin eyni ayı ilə müqayisədə idxalın dəyəri 12%, həcmi isə 4% azalıb.