Azərbaycanda daşınmaz əmlak, turizm, kənd təsərrüfatı və s. böyük layihələrin portfelinə sahib olan “PMD Projects” MMC-nin yeni sədri təyin edilib.
Banker.az xəbər verir ki, “PMD Group”un törəməsi olan bu şirkətə Nəriman Topçibaşev İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edici təyin edilib. N.Topçibaşev bundan öncə bu şirkətin İdarə Heyəti sədrinin müavini idi.
O, “PMD Group”a 2016-cı ilin aprelində layihə meneceri kimi gəlib. 2018-ci ilin aprelində “PMD Group” şirkətinin Layihələr üzrə direktor müavini təyin edilib. 2020-ci ilin yanvarından isə törəmə şirkət “PMD Projects” İdarə Heyəti sədrinə müavin təyin edilmişdi. Buna qədər Dəyanət Sədullayev bu vəzifədə idi.
“PMD Projectis” Azərbaycanın müxtəlif bölgələrində yaşayış binalarının, mehmanxanaların, kənd təsərrüfatı təyinatlı obyektlərin, sənaye müəssisələrinin layihələndirilməsi və tikintisini, eləcə də müxtəlif biznes obyektlərinin təmir və bərpası işlərini həyata keçirir.
“PMD Projectis”in Azərbaycanda reallaşdırdığı “Vurğun Residence”ni, “Lankaran Springs Hotel”i, “Xəzri” Yaşayış Kompleksini, “Hill Side” Yaşayış Evlərini, “Zefir Mall”ı, Azərbaycanda ting yetişdirən “Invitro” laboratoriyasını, yenidən qurulmuş “Şərq Bazarı” böyük layihələri göstərmək olar.