22 C
Baku
Saturday, August 23, 2025

“Azərbaycan Sənaye Korporasiyası”na məxsus şirkətdən 1 milyon manatlıq sifariş

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC“ Aqrokimya” MMC ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə pambıq istehsalı üçün kimyəvi preparatların alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 940 min manatdır.

Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” 2008-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Onun tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 6 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər