“Yapı Kredi Bank Azərbaycan” QSC-nin aktivlərinin həcmi 1 aprel 2021-ci il tarixinə 323.67 milyon manat təşkil edib.
Banker.az bu barədə bankın ilin I rübü üçün maliyyə hesabatında deyilir.
Bu isə aktivlərin son üç ay ərzində 7% azalma deməkdir.
Aktivlərdə azalmaya səbəb qiymətli kağızlar üzrə portfelin son üç ayda 23.04 milyon manatdan 20.51 milyon manata qədər azalmasıdır.
Bankın müştərilərə verdiyi kreditlərin həcmi hesabat dövründə 149.98 milyon olduğu göstərilir. Bu da rüblük müqayisədə 0.4 faizlik pozitiv dinamikadır. “Yapı Kredi Azərbaycan” istehlak kreditlərinin həcmini 1.8%-lə 38.87 milyon manata azaldırkən, biznes kreditlərini 0.1% artımla 96.4 milyona manata, daşınmaz əmlaka verdiyi kreditin həcmini 9% artımla 14.71 milyon manata qədər artırmalı olub.
Aktivlərin digər hissəsi 13.67 milyon manatla digər banklardakı depozitlər, 157.76 milyon manatı nağd pul və 3.13 milyon manatı isə əmlak və avadanlıqlar olmuşdur.
“Yapı Kredi Azərbaycan” öhdəliklərinin həcmini 241.7 milyon manata qədər azaltmışdır. Burada 221.9 milyon manat depozitlər, o cümlədən bunun 74.18 miyon manatı fiziki, 147.72 milyon manatı isə hüquqi şəxslərin vəsaitləridir.