Yaponiyanın “Honda” avtokonserni 2040-cı ilədək özünün yeni elektrmobillərini və yanacaq elementli nəqliyyat vasitələrinin satışını məhdudlaşdırmağı planlaşdırır.
Bu barədə “Nikkei” qəzeti bildirib.
Qeyd edilir ki, avtokonsern yeni modellərin hazırlanılmasına altı il ərzində təxminən 5 trilyon ien (təxminən 46,3 milyard ABŞ dolları) ayırmaq niyyətindədir.
Eyni zamanda “Honda” 2020-ci ildə 4,45 milyon nəqliyyat vasitəsi istehsal edib. Bu nəqliyyat vasitələrində yanacaq elementli avtomobillərin və elektormobillərin payı 1 %-dən az olub.
Yaponiya hökuməti ötən ilin sonlarında istilikxana qazlarının tullantılarının ixtisarının yeni planını bəyənib. Plan əsasən 2030-cu illərin ortasında tamamilə benzin və dizel avtomobillərinin istehsalından imtinanı hədəf seçib.